Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası keçirildi

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası keçirildi
19.12.2025 22:10

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclas onlayn formatda və tam tərkibdə keçirilib. Azərbaycan tərəfindən işçi qrupuna xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfindən isə dövlət katibinin müavininin köməkçisi Sonata Koulter rəhbərlik edib.

İclas zamanı avqustun 8-də Vaşinqton Sülh Sammiti çərçivəsində imzalanmış STX-nin hazırlanmasına dair Anlaşma Memorandumunda müəyyən edilmiş prioritet sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Xüsusilə, energetika, ticarət, tranzit, regional qarşılıqlı əlaqə, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi investisiyalar, həmçinin müdafiə, təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib.

Tərəflər avqustun 8-dən sonra göstərilən istiqamətlər üzrə keçirilmiş ikitərəfli təmasları və müzakirələri yüksək qiymətləndiriblər. Bundan əlavə, bu və digər əsas sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni barədə fikir mübadiləsi aparılıb. Sənədin qısa müddətdə razılaşdırılmasının vacibliyi vurğulanıb.

Görüşün yekunlarına əsasən növbəti iclasın tarixləri və gündəliyi barədə razılıq əldə edilib.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Все новости