2-ci Afrika Urban Forumuna hazırlıq iclası keçirildi

2-ci Afrika Urban Forumuna hazırlıq iclası keçirildi
12.02.2026 14:02

Cari il 8-10 aprel tarixlərində, Keniyanın paytaxtı Nayrobi şəhərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) hazırlıqla bağlı Keniyadakı diplomatik korpusu məlumatlandırmaq məqsədi ilə Keniya Hökuməti tərəfindən brifinq təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə  Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri xanım Alis Vahome, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəhbərliyi, Keniya Xarici və Diaspora İşləri Nazirliyinin yüksək vəzifəli rəsmiləri və 40-dan çox dövlətin səfiri iştirak edib.

Nazir Alis Vahome çıxışında ölkəsinin Afrika İttifaqı və UN-Habitatla birgə təşkil etdiyi AUF2-nin qlobal və regional əhəmiyyəti, aidiyyəti digər beynəlxalq platformalarla mahiyyət baxımından yaxınlığı barədə fikirlər söyləyərkən, WUF13 Zirvə Toplantısında Afrika ölkələrinin sahə üzrə fikir həmrəyliyinin formalaşdırılması üçün üzv ölkələrin AUF2-də iştirakının əhəmiyyətini vurğulayıb və Azərbaycanın təşəbbüsü ilə WUF13 çərçivəsində belə bir ali toplantının keçirilməsini yüksək qiymətləndirib. 

Tədbirdə çıxış edən Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev WUF13-ə ev sahibi ölkəsinin AUF2 platformasında Afrika ölkələri ilə əməkdaşlığa maraqlı olduğunu, Azərbaycanın iqlimə dayanıqlı şəhərsalma və əlçatan mənzil sahəsində qlobal töhfələri, post-münaqişə dövründə bərpa və yenidənqurma, habelə humanitar mina təmizləmə sahəsində qazandığı geniş təcrübəni maraqlı tərəflərlə paylaşmaq imkanlarını dilə gətirib. O, WUF13-ə hazırlıq işləri barədə qısa məlumat verib və Zirvə Toplantısında Afrika ölkələrinin mütəşəkkil və səmərəli iştirakının qitə üçün əhəmiyyətli olacağını vurğulayıb. Həmçinin, COP29 və daha öncəsindəki bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın WUF13-ün də yüksək səviyyədə keçirilməsi üçün ciddi tədbirlər gördüyünü söyləyib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Все новости