Yeni Kaledoniya həbsxanasında gizlədilmiş ölüm: Ceymsin tragediyası

Yeni Kaledoniya həbsxanasında gizlədilmiş ölüm: Ceymsin tragediyası
05.09.2025 14:37 Dünya

03 sentyabr 2025-cil il tarixində Fransanın "Le Monde" nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm" adlı məqalə dərc edilib”.

TodayPress TV xəbər verir ki, 2024-cü il 13 may tarixində Kanakinin (Yeni Kaledoniya) paytaxti Numea şəhərində yerləşən Kamp-Est penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verdiyi qeyd edilib.


Hadisə zamanı, təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi, məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılır. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə  əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilir. 

Aparılan  istintaqın nəticələri göstərir ki, baş verən hadisələr zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc Kanak əsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalmış və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat etmişdir. Əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda iştirak etməmiş, hadisələr zamanı öz kamerasında qalmışdır. Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı Ceyms döyülmüş, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalmışdır. Bundan əlavə, Ceymsə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməmişdir. 

Məhkumların ifadələrinə əsasən, Ceymsin səsi son günlər ərzində xeyli zəifləmiş, daha sonra isə tamamilə kəsilmişdir. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmış, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmamışdır. Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri başlandığını təsdiqləmişdir. Hazırda məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar  davam etdirilir. 

Qeyd edək ki, Ceymsin vəfatı ilə 2024-cü ilin may ayında baş vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə çatıb. 

Qeyd: Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti, normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə çevrilmişdir. Tibbi xidmətlər əlçatanlığın olmaması, xüsusilə gənc məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən, Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas müddəalarına əlavə edilmişdir. 

Ceymsin ölümü ilə bağlı, onun ailəsi və vəkili tərəfindən mülki qaydada üç fərqli iddia qaldırılmışdır. Hüquq müdafiəçiləri baş vermiş hadisə ilə əlaqədar olaraq dövlət rəsmilərini, xüsusilə də xüsusilə hüquq mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıq tətbiq etməkdə ittiham edirlər. 

"Le Monde" qəzetinin yaydığı məlumatlara əsasən, Ceymsin ölümü rəsmi statistikalarda qeyd olunmamışdır.  

Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını gizlətməsini bir neçə amillə izah edir: 

Əvvəla, onun ölümü birbaşa küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş vermişdir. Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı kimi dəyərləndirilməsinə zəmin yaratmışdır. 

İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmamışdır. Bu hal günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır.  

Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual sübutlar məhv edilmişdir. Bu da araşdırmanın ləngiməsinə səbəb olmuşdur. 

Nəticədə Ceymsin faciəli ölümü rəsmi statistikalarda əks olunmayıb, ictimaiyyətdən gizlədilib. 

Bakı Təşəbbüs Qrupu bu qətili pisləyən və qınayan açıqlama yaymışdır.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər