Yaroşuk: "Vaşinqton və Brüssel Polşa uğrunda döyüşməyəcək"

Yaroşuk: "Vaşinqton və Brüssel Polşa uğrunda döyüşməyəcək"
06.02.2026 15:42

ABŞ Rusiya ilə mümkün münaqişə vəziyyətində Baltikyanı ölkələr üçün vasitəçilik etməyəcək.

TodayPress TV  "Tass.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü   Aleksandr Yaroşuk Litva Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, kontr-admiral Giedrius Premenetskasın NATO ilə münaqişə halında Rusiyanın Kalininqrad vilayətini itirəcəyi barədə açıqlamasını  şərh edərkən səsləndirib.

O  qeyd edib ki, Vaşinqton və Brüssel nə Baltikyanı ölkələr, nə də Polşa uğrunda döyüşməyəcək.

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiya ilə münaqişə baş verəcəyi təqdirdə Litva, Latviya və Estoniyanı müdafiə etməyəcəklər.

Daha əvvəl bir sıra media orqanları Premenetskasın NATO ilə münaqişə zamanı Rusiyanın Kalininqrad və ətraf ərazilərdən məhrum qalacağını, bölgənin isə Qərbin nəzarətinə keçə biləcəyini iddia etdiyini yazmışdı.

Agentliyin mənbəsi qeyd edib ki, “Baltik triumviratının rusofobiyanı satmaq dövrü başa çatıb. Son vaxtlar buna görə pul almağı da dayandırıblar və bu mövzu artıq aktuallığını itirib.

Bu kontr-admirala demək istəyirəm ki, yəqin o bunu bilir, amma bir daha xatırlatmaq faydalıdır: hər hansı hadisə baş verərsə, Aİ və ABŞ Litva, Latviya və ya Estoniya uğrunda vuruşmayacaq. Onlar hətta Polşa uğrunda da döyüşməyəcəklər. Bunların hamısı boş bəyanatlardır. Ona görə də bu cür açıqlamalara diqqət yetirməməliyik. Hər şey bitəndən sonra isə onlar ilk olaraq bizə tərəf qaçacaq, sevgi və dostluq andı içəcək və bunu müvəqqəti sapma kimi təqdim edəcəklər”.

Kalininqrad Vilayət Qanunvericilik Məclisinin üzvü, beynəlxalq və regionlararası münasibətlər, təhlükəsizlik və hüquq-mühafizə üzrə daimi komitənin sədr müavini Yevgeni Mişin də "TASS"a açıqlamasında bildirib ki, Baltikyanı və digər Avropa ölkələrinin Rusiyaya qarşı təxribatçı ritorikası son vaxtlar getdikcə daha aqressiv xarakter alır.

Onun sözlərinə görə, bu xüsusilə Baltik dənizində sözdə bitişik dəniz zonasının genişləndirilməsi təşəbbüslərində özünü göstərir ki, bu da Aİ-nin Rusiya ticarət gəmilərini müşayiət etmək cəhdləri ilə bağlıdır.

Qeyd edək ki, Airbus şirkətinin baş direktoru Rene Obermann daha əvvəl Kalininqrad bölgəsində yerləşdirilən müdafiə sistemlərinə qarşı Avropada taktiki nüvə silahlarının yerləşdirilməsinə çağırış edib. Buna cavab olaraq Rusiya dəfələrlə Kalininqrad vilayətinin Rusiyanın ayrılmaz hissəsi olduğunu və bölgənin qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyini bəyan edib.

Jalə Rövşən 

TodayPress TV 

ФОТО

Yaroşuk: "Vaşinqton və Brüssel Polşa uğrunda döyüşməyəcək" — 1
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Все новости