Yaponiyada “kosmik səyahət dövrü” başlayır

Yaponiyada “kosmik səyahət dövrü” başlayır
29.10.2025 19:30 Dünya

Yaponiyanın "Nippon Travel Agency" turizm şirkəti və Tokio startapı "Innovative Space Carrier (ISC)" kosmik səyahət layihəsinin reallaşdırılması barədə razılığa gəlib.

TodayPress TV xəbər verir ki, “The Mainichi” nəşrinin məlumatına görə, layihə gələcəkdə Tokio ilə Nyu-York arasındakı uçuş müddətini cəmisi 1 saata endirməyə imkan verəcək.

Rəsmi açıqlamaya əsasən, gediş-dönüş biletinin qiyməti təxminən 100 milyon yen (təqribən 657 min dollar) olacaq. Kosmik nəqliyyat vasitəsinin dəniz platformasından buraxılması planlaşdırılır və o, Yer kürəsində istənilən iki nöqtəni təxminən 60 dəqiqəyə birləşdirəcək.

Kosmik səyahət proqramına müraciətlərin 2026-cı maliyyə ilində qəbuluna başlanacaq. Layihə mərhələlərlə həyata keçiriləcək: ilkin mərhələdə iştirakçılara kosmik qida dadımı və yerüstü obyektlərə turlar təklif olunacaq, 2040-cı illərdə isə orbital qalma xidmətinin işə salınması planlaşdırılır.

Tərəfdaşlıq çərçivəsində "Nippon Travel Agency" kosmik turizmlə bağlı əlavə məhsulların hazırlanması və tanıdılması ilə məşğul olacaq. ISC-nin prezidenti Kodziro Hatada bildirib ki, şirkət hər bir kosmik gəminin istismar dövründə daha çox uçuş həyata keçirməklə səyahət xərclərini azaltmağı hədəfləyir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə” imzalanacaq 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 Bütün Xəbərlər