Yaponiyada enerji böhranı xəstəxanaları riskə atır

Yaponiyada enerji böhranı xəstəxanaları riskə atır
17.04.2026 19:00

Yaponiyada xəstəxanalar artan enerji xərcləri səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Bu vəziyyət Yaxın Şərqdəki münaqişə ilə bağlı enerji böhranı fonunda yaranıb.

Yaponiya Səhiyyə İdarəetmə Tədqiqatları İnstitutunun rəhbəri Masahiro Kamiyə istinadən bildirilir ki, ölkənin enerji idxalından yüksək asılılığı xəstəxanaları xüsusilə həssas vəziyyətə salıb. İnflyasiya və milli valyutanın zəifləməsi də xərcləri daha da artırır.

Məlumata görə, enerji və tibbi avadanlıqların istehsalı üçün lazım olan resursların bahalaşması bir çox xəstəxananın fəaliyyətini davam etdirməsini çətinləşdirə bilər. Nəşr qeyd edir ki, bu vəziyyət “bir çox xəstəxananın birdəfəlik bağlanmasına” səbəb ola bilər.

Rəsmilər artıq vəziyyətə reaksiya verib. Yaponiyanın baş naziri Sanae Takaiçi əsas malların, o cümlədən tibbi məhsulların sabit tədarükünün təmin edilməsi üçün göstəriş verib.

Böhran Yaxın Şərqdə gərginlik fonunda daha da dərinləşib. Məlumatlara görə, enerji nəqli üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazında yaranan problemlər qlobal neft axınına ciddi təsir göstərib və Yaponiya kimi idxaldan asılı ölkələrdə riskləri artırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
"SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 Все новости