Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama

Vəzifəyə qayıdan Kılıçdaroğlundan  ilk açıqlama
21.05.2026 22:26

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu Ankara Bölgə Ədliyyə Məhkəməsinin partiya rəhbərliyini vəzifədən uzaqlaşdırması barədə çıxardığı qərara reaksiya verib.

TodayPress TV xəbər verir ki, siyasətçi məhkəmənin qərarından dərhal sonra “X” hesabında geniş bəyanat yayıb.

Kılıçdaroğlu yaranmış yeni vəziyyətin partiya daxilində parçalanmaya deyil, əksinə, daha sıx birliyə vəsilə olduğunu vurğulayıb:

“Cümhuriyyət Xalq Partiyası şəxsi maraqların və ambisiyaların mübarizə meydanı deyil. CHP millətimizin suverenlik sənədidir. 38-ci Qurultayımızla bağlı məhkəmənin verdiyi bu qərar bir ayrılma vəsiləsi deyil, yenidən birləşmək və güclənmək fürsəti olmalıdır. Gün sevinc qışqırıqları ilə bir-birimizi qırmaq, incitmək günü deyil. Bu gün bütün inciklikləri bir kənara qoyub böyük ciddiyyətlə, sakitliklə və qucaqlaşaraq yenidən ayağa qalxmaq günüdür. Biz bu prosesi “kaş ki”lərlə deyil, ciddiyətlə, partiya mədəniyyətimizdən aldığımız səmimiyyətlə və ortaq ağılla idarə etmək məcburiyyətindəyik”.

“Bu çətin prosesi partiyamızın əvvəlki sədrləri, Partiya Məclisinin üzvləri, millət vəkillərimiz, vilayət və rayon rəhbərlərimizlə tam bir uyğunluq, sıx əməkdaşlıq içində yürüdəcəyik. Heç kim zərrə qədər də olsun narahat olmasın, partiyamızı bu daxili müzakirələrin, mübahisələrin içindən sağ-salamat çıxaracaq və iqtidar yürüşümüzü qətiyyətlə davam etdirəcəyik. Hər kəsi təmkinli olmağa, sükunətə və ortaq ağılla hərəkət etməyə dəvət edirəm. Biz bir yerdəyik”, – deyə o söyləyib.

Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Все новости