UNIFIL: İsrail Livana kimyəvi maddə püskürdüb

UNIFIL: İsrail Livana kimyəvi maddə püskürdüb
02.02.2026 17:50

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda naməlum kimyəvi maddələr püskürdüb.

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində sülhməramlıların fəaliyyəti bir neçə saatlıq iflic olub.

Açıqlamaya görə, İsrail Müdafiə Qüvvələri əməliyyatdan əvvəl UNIFIL-i Mavi Xətt yaxınlığında “zəhərsiz” kimyəvi maddə atılacağı barədə məlumatlandırıb və sülhməramlılardan ərazidən uzaq durmağı istəyib. Bu səbəbdən bir sıra fəaliyyətlər ləğv edilib.

UNIFIL-in məlumatına əsasən, Mavi Dəbilqələr Mavi Xəttin təxminən üçdə biri boyunca doqquz saatdan çox müddətdə normal əməliyyatlar apara bilməyib. Daha sonra fəaliyyət bərpa olunub. Sülhməramlılar maddələrin toksikliyinin müəyyən edilməsi üçün Livan Silahlı Qüvvələrinə nümunələrin toplanmasında kömək ediblər.

UNIFIL Komandanlığı İsrailin bu addımını qəbuledilməz adlandıraraq, sülhməramlıların mandatlı vəzifələrinə və mülki əhalinin sağlamlığına risk yaratdığını vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Все новости