Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?
12.07.2026 16:03

ABŞ prezident seçkilərindən öncə Putin açıq şəkildə bəyan etdi ki, ona, onlara Baydenin qalib gəlməsi sərf edir – o zaman yazdım ki, sınıq saat sutkada 2 dəfə düz zaman göstərdiyi kimi, Putin də arada səmimi olur, düz deyir. Həmən üzərimə tökülüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib, Tramp Putinin adamıdır, “agent Krasnovdur”, Putinin əlində “kasetlər” var, Rusiya Tramp üçün çalışır. Putin o müsahibədə niyə Baydeni istədiklərini də dedi – söylədi ki, o, daha öngörüləndir, daha çəkincəli davranır.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Bayden Ukraynaya silahı qramla, zülmlə verirdi, 2023-də tam 7 ay silah tədarükünü minimuma endirdi, Ukrayna xalqı öz qəhrəmanlığı ilə ayaqda qaldı:

“Bundan başqa, ABŞ, Bayden Ukraynaya Rusiyanın ərazisinə (beynəlxalq səviyyədə tanınan) sapandla daş etmağa belə imkan vermirdi, qadağalar qoymuşdu.

Tramp səmimi şəkildə əvvəlcə müharibəni bitirməyə çalışdı – təbii ki, əsas öz maraqlarına uyğun şəkildə, amma Putin buna getmədi, Donbasda meşəbəyinin daxması uğrunda vuruşmağa davam etdi. Nəticədə Tramp dedi ki, gedin vuruşun, özünüz bilərsiniz, bir neçə ay əvvəl publik bəyan etdi ki, Rusiyanın iç bölgələrini vurmaq yaxşı ideyadır. Bu gün Ukrayna Rusiya ərazisini dağıdırsa, bunu ABŞ-ın birbaşa köməyi ilə edir, Kreml isə qorxusundan ABŞ-a heç nə demir, günahı AB-nin üzərinə atır.

Yaxşı, Trampın Putinin adamı olduğunu deyənlər hardadır? Putin niyə o “kaseti” çıxardıb ABŞ-ın Ukraynanın əli ilə vurduğu zərbələri dayandırmır?! Niyə “Krasnova” əmr vermir ki, Ukraynanı təslim etdirsin?!

Bu gün Rusiyanın düşdüyü durumum əsas səbəbkarı ABŞ-ın Ukraynaya heç bir qadağa qoymaması, silah-sursatı, kəşfiyyat məlumatlarını, yeni texnologiyaları Avropanın puluna Kiyevə satmasıdır. Kreml buna qarşı heç nə edə bilmir, ürəyində, “hardasan ay Bayden”, deyib fəryad edir”.

ЛЕНТА НОВОСТЕЙ
12 июля 2026
Haluk Levent saxlanıldı 17:43 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! 17:16 Zelenski Ukraynanın baş nazirinin dəyişəcəyini açıqladı 16:31 Oman İrana nato verdi 16:54 Naqil quraşdırmaq istəyirdi, faciə baş verdi 16:09 Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur? 16:03 DİM-in ikinci cəhd qəbul imtahanı baş tutdu 15:49 İran dövlət televiziyası Lindsi Qremin ölümünü “məsxərəyə qoydu” - VİDEO 15:21 “Ən böyük dostumuzu itirdik” - Ben Qvir 15:02 Azov dənizində gərgin gecə - VİDEO 14:28 Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlandı 14:15 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 12:43 Sabah “göydən od yağacaq” - 39 dərəcə isti 12:36 İlham Əliyevdən Qətər Əmirinə başsağlığı - “Qəlbimizdə daim yaşayacaq” 13:37 36 mindən çox abituriyentin qatıldığı imtahanda 12 nəfər qaydanı pozdu 13:26 Pakistan və İran XİN rəhbərləri telefonla danışdı - “Yeganə çıxış yolu budur” 12:07 Hacıqabulda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 12:18 XİN-dən rəsmi təbrik - Azərbaycan bu ölkəyə xoş arzularını çatdırdı 12:40 ABŞ-nin “dəmir qalxanı” çökür 12:31 İran ABŞ-yə cavab zərbələrinin görüntülərini yaydı - VİDEO 12:23 İlham Əliyevin dəvətindən sonra Slovakiya Prezidenti Bakıya gələcək 12:01 Rusiyanın bağladığı qapılar Belarusda açıldı - Miqrantlara ŞAD XƏBƏR 10:31 Zelenski qadağan olunmuş addımı etiraf etdi 10:04 Azərbaycan tranzitin əsas mərkəzinə çevrilir - 480 kilometrlik layihə 11:09 Avtobusun aşdığı qəzadan yeni xəbər - Yaralıların kimliyi bəlli oldu - YENİLƏNDİ 10:12 Все новости