Ukrayna milyonlarla işçi axtarır – Ən çox tələb olunan peşələr bunlardır
Ukraynada iqtisadi artım sürətli davam edərsə, qarşıdakı 10 il ərzində əmək bazarında əlavə 4,5 milyon işçiyə ehtiyac yaranacaq.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Aleksey Sobolev bildirib.
Onun sözlərinə görə, ən böyük tələbat tikinti, energetika, emal sənayesi və digər fəhlə peşələri üzrə olacaq. Xüsusilə tornaçılar, dəzgah operatorları və tikişçilərin çatışmazlığı müşahidə olunur.
Ukrayna Dövlət Məşğulluq Xidmətinin rəhbəri Yuliya Jovtyak isə qeyd edib ki, ölkənin müharibədən sonrakı bərpası üçün 3 milyondan çox insanın əmək bazarına cəlb edilməsi lazım olacaq. Hazırda kadr çatışmazlığı ən çox tikinti, energetika və emal sənayesi sahələrində hiss olunur.