Tramp Putinlə olan həmin sövdələşmədən imtina edə bilər

Tramp Putinlə olan həmin sövdələşmədən imtina edə bilər
27.06.2026 22:00

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ankoricdə (Alyaska) Ukrayna böhranının nizamlanmasına dair əldə olunmuş razılaşmalara yenidən baxa biləcəyinə eyham vurub.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin tanınmış “Axios” portalı yayıb.

Sözügedən sənəddə Donbas bölgəsinin (Ukraynanın Donetsk və Luqansk vilayətləri – red.) Rusiyanın nəzarətində qalmasını nəzərdə tutan bəndlərin dəyişdirilə biləcəyi qeyd olunur:

“Tramp Alyaskada razılaşdırılmış şərtlərdən geri çəkilməyə hazır olduğunu aydın şəkildə nümayiş etdirib. Həmin şərtlər çərçivəsində Amerika tərəfi Moskvanın istənilən yekun sülh planında Donbas üzərində təsirini qoruyub saxlaması ilə bağlı tələbini tanımışdı”.

“Axios”a danışan Ağ Ev administrasiyasının adının açıqlanmasını istəməyən rəsmilərindən biri maraqlı məqama toxunub:

“Tramp bir tərəfdən ictimaiyyətə Rusiyaya qarşı təzyiqlərin artırılmasının zəruriliyindən danışır, lakin digər dünya liderləri onun bu bəyanatlarının real qətiyyətdən uzaq olduğunu düşünürlər. Liderlər Trampın bu sözlərinin arxasında konkret addımların duracağına şübhə ilə yanaşırlar”.

Məsələyə Rusiya tərəfi də dərhal reaksiya verib. İyunun 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ankoricdə baş tutan ali səviyyəli görüş zamanı Vladimir Putin və Donald Tramp Vaşinqtonun Ukrayna ilə bağlı nizamlanma təşəbbüslərini ətraflı nəzərdən keçiriblər:

“Moskva bu təklifləri bəyənib, ona görə də indi Alyaskada guya heç bir razılaşmanın olmadığına dair yayılan bəyanatlar ən azı qeyri-diplomatik görünür”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı 01:49 Qasırğaların gücü köpəkbalıqları ilə ölçüləcək? 01:02 Məşhur amerikalı müğənnini məhkəməyə verdilər 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Все новости