Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR

Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR
07.07.2026 20:28

ABŞ Prezidenti Donald Trampın Ankara sammitində verdiyi mesajlar toplantının əsas gündəminə çevrilib. Tramp çıxışında NATO-dan məyus olduğunu desə də, sammitin Türkiyədə və Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilməsinin onun iştirak qərarında həlledici rol oynadığını bildirib. O, Ərdoğanı “çox güclü lider” adlandıraraq Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiyini nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, Trampın ən diqqətçəkən açıqlamalarından biri isə Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla bağlı olub. ABŞ lideri bu məhdudiyyətlərin aradan qaldırılacağını, Vaşinqtonla Ankara arasında yeni hərbi əməkdaşlıq imkanlarının müzakirə edildiyini açıqlayıb. O, Türkiyənin NATO-nun ən güclü ordularından birinə sahib olduğunu, alyansa bir çox ölkədən daha böyük töhfə verdiyini vurğulayıb. F-35 qırıcılarının satışı ilə bağlı suala cavabında isə bunun mütləq nəzərdən keçiriləcəyini və Türkiyənin ABŞ-nin etibar etdiyi tərəfdaşlardan biri olduğunu deyib.

ABŞ prezidentinin İranla bağlı sözləri də diqqətdən yayınmayıb. Tramp bildirib ki, İranla müharibə dövründə Türkiyə Vaşinqtona bir çox istiqamətdə mühüm dəstək verib və Ankaranın rolu danılmazdır. Bu açıqlama bir çox müşahidəçi tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyənin ABŞ-yə dəstək vermədiyi barədə son bəyanatına dolayısı cavab kimi qiymətləndirilir.

Ankarada keçirilən sammitin əsas müzakirə mövzuları isə təkcə Türkiyə-ABŞ münasibətləri ilə məhdudlaşmır. Ukraynadakı müharibə, Rusiyaya qarşı yeni addımlar, Çinin artan təsirinə qarşı strategiya, eləcə də Yaxın Şərqdə İran-İsrail qarşıdurmasından sonra formalaşan yeni geosiyasi vəziyyət liderlərin gündəmində əsas yer tutur.

Ekspertlər hesab edirlər ki, bu sammitdə qəbul ediləcək qərarlar təkcə NATO-nun gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməyəcək, həm də regionda qüvvələr balansına ciddi təsir göstərəcək. Xüsusilə Ukrayna ilə bağlı gözlənilən qərarlar və Rusiyaya qarşı yeni yanaşmalar Moskvanın diqqətlə izlədiyi əsas məsələlərdən biridir.

Kübra Musayeva

ЛЕНТА НОВОСТЕЙ
08 июля 2026
Qarabağ” azarkeşlərini maraqlandıran sualın cavabı: Elvin oynayacaq? 23:00 Возможно ли решить проблемы современного мира без Турции? 22:51 İrəvan Kremldən uzaqlaşır - Bakının tələbi haqlıdır 22:06 “Sovetski”də ev yanır - VİDEO 22:19 Tramp “sağ göstərib, sol vurdu” - Türkiyədən gedəndə fikrini dəyişdi - VİDEO 22:15 Türkiyənin ABŞ-dən alacağı F-35-lərin sayı AÇIQLANDI 22:00 UEFA Konfrans Liqası: Zirə qələbə qazandı - VİDEO 20:08 Tramp İranla bağlı mesaj verdi: Çox tez baş verəcək 21:50 Ərdoğan F-16-ların yerləşdiriləcəyi ölkəni açıqladı 21:39 İsrail hərbi əməliyyatlara hazır olduğunu bildirdi - TƏCİLİ 21:18 Tramp NATO-da heç kimin gözləmədiyi sıralama etdi 21:06 Stalin Qız Qalasından üçrəngli bayrağımızı asan gənclərə divan tutdu - Gülhüseyn Hüseynoğlu amansız imperiyaya qalib gəldi 17:26 Tramp: Ərdoğanı mən saxlamasa idim… 20:58 Tramp: Artıq Ukraynada torpağımız var 20:51 Hörmüz böhranı nefti bahalaşdırdı - Qiymətlər rekord həddə yaxınlaşır 20:31 İran ABŞ-nin son hücumu ilə bağlı itkilərini AÇIQLADI 20:26 Hörmüz boğazı BAĞLANDI 20:13 İyulun 20-dək bu qatar əvvəlki kimi işləməyəcək 20:02 Qərb bölgəsinə qatarla gedənlərin NƏZƏRİNƏ: Bilet satışı qəfil dayandırıldı 19:56 Valideynlərin DİQQƏTİNƏ: Məktəb seçiminin vaxtı AÇIQLANDI 19:49 İkiqat cavab verəcəyik - İran HƏDƏLƏDİ 19:39 Rusiya yanacaq almağa məcbur qaldı - YENİ QƏRAR 19:20 İran ABŞ ilə danışıqları DAYANDIRDI - SƏBƏB 19:05 Trampın Türkiyə ilə bağlı bu sözləri Netanyahuya heç də xoş gəlməyəcək 18:52 ABŞ-dən Suriyaya illər sonra gözlənilməz addım 18:36 Все новости