Tramp: "Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi"

Tramp: "Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi"
07.01.2026 20:30

“Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi”.

TodayPress TV  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

O vurğulayıb ki, Rusiya və Çin ABŞ-yə görə NATO-dan qorxmur və bu ölkələrin Alyansa münasibəti şübhəlidir.

“Əgər mənim müdaxiləm olmasaydı, Rusiya indi bütün Ukraynaya sahib olardı. Rusiya və Çin ABŞ-yə görə NATO-dan qorxmur və şübhə edirəm ki, NATO-ya həqiqətən ehtiyacımız olsaydı, bizi dəstəkləyərdi”, – Tramp paylaşımında bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə onun tərəfindən yenidən qurulmuş ABŞ-dır.

“Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə Donald Tramp tərəfindən yenidən qurulmuş ABŞ-dır”, – o vurğulayıb.

Tramp, həmçinin Nobel Sülh Mükafatı məsələsinə toxunaraq, NATO üzvü olan Norveçin ona bu mükafatı verməməyi seçdiyini bildirib.

“NATO üzvü Norveç axmaqcasına mənə Nobel Sülh Mükafatını verməməyi seçdi, amma bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan milyonlarla insanın həyatını xilas etməyimdir”, – Tramp qeyd edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Все новости