Tramp kabineti Kemp-Deviddə toplayır: Əsas müzakirə mövzusu İran olacaq

Tramp kabineti Kemp-Deviddə toplayır: Əsas müzakirə mövzusu İran olacaq
26.05.2026 20:30

ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyəti müzakirə etmək üçün nazirlər kabinetinin iclasını Kemp-Devid iqamətgahında keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın sələflərindən fərqli olaraq nadir hallarda ziyarət etdiyi Kemp-Devidin seçilməsi müzakirə olunacaq məsələlərin həssas xarakter daşıdığını göstərir.

“New York Post”un məlumatına görə, iclasın əsas mövzusu İran olacaq. Kabinet üzvlərinin Tehranla aparılan danışıqların hazırkı vəziyyətini, eləcə də diplomatik proses uğursuz olacağı təqdirdə hərbi əməliyyatların yenidən başlanması da daxil olmaqla mümkün addımları müzakirə edəcəyi gözlənilir.

Tramp ötən gün İranla razılaşmanın yaxın olduğunu bildirsə də, diplomatiyanın nəticə verməyəcəyi halda İrana zərbələrin yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib. Gündəlikdə iqtisadi məsələlərin də yer alacağı qeyd olunub.

Qeyd edək ki, Kemp-Devid daha əvvəl də ABŞ-nin mühüm diplomatik danışıqlarına ev sahibliyi edib. Burada 1978-ci ildə İsrail və Misir arasında tarixi razılaşmalar imzalanıb. Trampın ikinci prezidentlik müddətində bu iqamətgaha hazırkı səfəri ikinci olacaq. İlk səfər 2025-ci ilin iyununda ABŞ-nin İranın nüvə proqramına zərbələr endirməsindən qısa müddət əvvəl baş tutmuşdu.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Все новости