Tramp FTB agentlərini iyrənc quldurlar adlandırdı

Tramp FTB agentlərini iyrənc quldurlar adlandırdı
20.12.2025 13:45

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) agentlərini Florida ştatındakı Mar-a-Lago malikanəsində aparılan axtarış zamanı həyat yoldaşı Melaniya Trampın şəxsi əşyalarına baxmaqda ittiham edib.

TodayPress TV "Fox News"a istinadən xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları qarşısında çıxışı zamanı  Federal Təhqiqat Bürosu agentlərinin Mar-a-Lagoda onun həyat yoldaşının şkafına daxil olduqlarını deyib.

Onun sözlərinə görə, evə qayıtdıqda Melaniya Trampın səliqəli şəkildə yığılmış geyimlərinin qarışdırıldığını görüblər.

Prezident FTB əməkdaşlarını “iyrənc quldurlar” adlandıraraq, onların cəzasız qalmamalı olduğunu deyib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda FTB agentləri Trampın Floridadakı Mar-a-Lago iqamətgahında axtarış apararaq 11 qutu məxfi sənəd müsadirə etmişdi. Axtarış Trampın prezidentlik müddəti başa çatdıqdan sonra Ağ Evdən sənədlər çıxarması ilə bağlı aparılan araşdırma çərçivəsində həyata keçirilmişdi.

Tramp isə sənədlərin artıq məxfilikdən çıxarıldığını və onları könüllü şəkildə təhvil verməyə hazır olduğunu bildirmiş, daha sonra axtarışın qanunsuz aparıldığını əsas gətirərək məhkəməyə müraciət etmişdi.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Все новости