Tramp: "ABŞ İranla əməkdaşlıq edəcək"

Tramp: "ABŞ İranla əməkdaşlıq edəcək"
08.04.2026 16:24

ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Truth Social" üzərindən paylaşım edərək Vaşinqtonun İranla bağlı yeni mövqeyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, ABŞ-nin İranla sıx əməkdaşlıq etməyi planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, ölkədə uranın zənginləşdirilməsinə icazə verilməyəcək və ABŞ İranla birlikdə yeraltı nüvə obyektlərinin “təmizlənməsi” istiqamətində çalışacaq.

ABŞ prezidenti əlavə edib ki, bu obyektlər hücumdan əvvəl olduğu kimi hazırda da ciddi peyk nəzarəti altındadır və vəziyyətdə dəyişiklik yoxdur. O, həmçinin qeyd edib ki, Vaşinqton tariflərin və sanksiyaların yumşaldılması üçün Tehranla danışıqları davam etdirir və artıq 15 maddədən ibarət razılaşmanın bir çox bəndləri üzrə irəliləyiş əldə olunub.

Bir qədər sonra Tramp yeni paylaşım edərək xəbərdarlıq edib ki, İrana hərbi silah tədarük edən istənilən ölkəyə qarşı sərt iqtisadi tədbirlər görüləcək. O bildirib ki, belə ölkələrdən ABŞ-yə satılan bütün mallara 50 faiz tarif tətbiq olunacaq və bu qaydada heç bir istisna nəzərdə tutulmur.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Все новости