Tbilisi meri uğrunda 9 namizəd mübarizə aparacaq

Tbilisi meri uğrunda 9 namizəd mübarizə aparacaq
14.09.2025 17:20 Dünya

Gürcüstanın Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə 9 nəfərin daxil olduğu namizədlərin siyahısını dərc edib.

TodayPress TV xəbər verir ki, Tbilisidə mer seçkilər oktyabrın 4-də keçiriləcək.

Tbilisi meri vəzifəsi uğrunda Teymuraz Bokelavadze (“Vətən, Dil, İnam”), Zurab Maxaradze (“Gürcüstan üçün Mühafizəkarlar”), Kaxa Kukava (“Azad Gürcüstan”), Otar Çitanava (“Gürcüstan Vətənpərvərlər Alyansı”), İrakli Kupradze (“Güclü Gürcüstan – Lelo”), Giorgi Liluaşvili (“Gürcüstan”), Giorgi Qaçeçiladze (“Yaşıllar Partiyası”), İaqo Xviçia ("Qirçi") və hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasından Kaxa Kaladze mübarizə aparacalar.

Qeyd edək ki, Gürcüstanın paytaxtında oktyabrın 4-də yerli məşvərət orqanının - sakrebulonun merinə və müavinlərinə seçkilər keçiriləcək.

İlkin məlumatlara görə, seçicilərin sayı 1 035 873 nəfərdir.

Qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır.

Məlumat üçün bildirək ki, Tbilisi Sakrebulo ölkənin ən böyük bələdiyyə məşvərət orqanıdır. O, 50 deputatdan ibarətdir. Deputatların 25-i partiya siyahıları ilə, qalanları isə majoritar dairələrdə səs çoxluğu ilə seçilir.

Namizədin seçilməsi üçün partiya 4 faizdən çox səs toplamalıdır. Sakrebulonun deputatı 21 yaşına çatmış və azı altı ay ölkədə yaşayan Gürcüstan vətəndaşı ola bilər.

Tbilisi meri birbaşa səsvermə yolu ilə seçilir. Namizəd 25 yaşdan yuxarı Gürcüstan vətəndaşı olmalı və ən azı altı ay ölkədə yaşamalıdır. Həm partiyalar, həm də vətəndaşların təşəbbüs qrupları bu vəzifəyə namizəd irəli sürə bilərlər. Səsverməyə gələn seçicilərin 50 faizdən çoxu ona səs verərsə, namizəd seçilmiş sayılır.

Tbilisidə səsvermədə yalnız 18 yaşı tamam olmuş, paytaxtda qeydiyyatda olan və ya faktiki olaraq şəhərdə yaşayan Gürcüstan vətəndaşları iştirak edə bilər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edənlərin yekun siyahısına 12 partiya daxil edilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bütün Xəbərlər