Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi!

Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi!
12.08.2026 18:32

Tailandı ABŞ ilə ticarət danışıqlarında təzyiq vasitəsi kimi müdafiə əməkdaşlığından istifadə etmək niyyətində olmaqda ittiham edən KİV məlumatları həqiqətə uyğun deyil.

TodayPress TV xəbər verir ki, bu barədə Tailand hökumət başçısının mətbuat katibi Ratçada Thanadirek brifinqdə bildirib.

"Bu məlumat həqiqətə uyğun deyil və hökumətin siyasətinə ziddir. Tailand və ABŞ iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində dərin və çoxşaxəli münasibətləri qoruyub saxlayır. Hər bir istiqamətin öz çərçivəsi var və hökumətin digər sahələrin xatirinə güzəştə getmək niyyətində olmadığı milli maraqlara xidmət edir”, - deyə o vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, Vaşinqtonla bütün ticarət danışıqları yalnız milli iqtisadi maraqlar, ədalətlilik prinsipləri və ticarət balansı əsasında aparılır.

Xatırladaq ki, "Bloomberg" agentliyi avqustun 11-də mənbəyə istinadən belə bir məlumat yayıb:

"Tailand ABŞ ilə ticarət danışıqlarında müdafiə əməkdaşlığı sahəsinə dair arqumentlərdən təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir".

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
İlin ikinci Günəş tutulması başladı 20:26 Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Что сулит освобождение Роберта Гилмана отношениям России и США? — Рамиз Юнус 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Xocavənd rayonunda mina partladı, xəsarət alanlar var 18:57 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Zelenski azərbaycanlı hərbçiləri təltif etdi 17:17 Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 Почему Верховный лидер Ирана не появляется на публике? — ОБЪЯСНЕНО 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Великолепная поддержка со стороны Макгрегора своему соотечественнику перед боем! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Озеро частично высохло, вышел наружу 200-летний «Экскалибур» 16:09 Все новости