Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər”

Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər”
26.07.2026 17:22

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ölkəsinin yeni məzhəb qarşıdurmasına və yeni müharibəyə tab gətirə bilməyəcəyini bildirib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

O qeyd edib ki, Suriya xalqı uzun illər davam edən müharibənin yaralarını hələ tam sağaltmayıb və hazırda ölkənin əsas ehtiyacı sabitlikdir.

Əl Şaraanın sözlərinə görə, Suriyada yeni yolların, körpülərin, enerji infrastrukturunun tikintisinə, su probleminin həllinə və xarici sərmayələrin cəlb edilməsinə ehtiyac var. O vurğulayıb ki, bütün bunların həyata keçirilməsi üçün ölkədə sabit mühit formalaşmalıdır.

O, həmçinin Suriyada bütün icmaların hüquqlarının təmin edilməsinin, ölkənin ərazi bütövlüyünün qorunmasının və vahid dövlət kimi inkişaf etməsinin vacibliyini qeyd edib.

Əhməd Əl Şaraa bildirib ki, Hizbullah Suriyaya ciddi ziyan vurub. Bununla belə, təşkilata qarşı yeni hərbi qarşıdurmanın yenidən məzhəb savaşına çevrilə biləcəyini deyərək, belə bir ssenarinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

“Biz hesab edirik ki, şiə və sünni ayrı deyil, birdir. Livandakı şiələrin və ölkəmizdə yaşayan şiələrin hüquqları görməzdən gəlinə bilməz”, - deyə o əlavə edib.

ЛЕНТА НОВОСТЕЙ
26 июля 2026
Füzulidə keçirilən aerokosmik festival böyük maraqla qarşılandı - FOTOLAR 20:22 “Ukraynanın ərazi bütövlüyünü yalnız biz qoruyurduq” - Putin 20:02 Putin müharibənin məsuliyyətini “öz çiyinlərindən atdı” 19:40 Bakıda temperatur enəcək 19:23 Putin əmr verdi - “Piratlarla belə mübarizə aparın!” 19:01 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah hava… 18:41 İran yalnız bu şərtlərlə razılaşa bilər - AÇIQLANDI 18:17 Xəzərdə vurulan gəmidə nə var idi? - Ukrayna AÇIQLADI 17:58 TƏCİLİ: ABŞ Yaxın Şərqə hərbi texnika göndərir - FOTO 17:36 Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər” 17:11 Gərginlik artır: İran Ukraynanı hədələdi 16:51 Ukraynada yeni baş komandanın adından yayılan bu xəbər SAXTA İMİŞ 16:33 Ərdoğandan İspaniyaya təcili yardım 16:07 18 yaşına çatanlar ölkəni tərk etməlidir – Putindən miqrantlarla bağlı yeni qərar 15:47 Vaşinqtonun addımından sonra Tehran mühüm qərar verdi 15:26 “SVO üçün hər şey” yox oldu – “Wildberries” hərbi məhsulları gizli satır? 15:01 Dəhşətli qəzada xəsarət alanlardan biri vəfat etdi 14:37 КОГДА ГОСУДАРСТВО БОРЕТСЯ ЗА ЖИЗНЬ — пишет Рамиз Юнус... 14:38 Xalq şairinin vəziyyəti ağırlaşdı - TƏCİLİ 14:26 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:08 Ukrayna Tokayevin Putinə dediyi bu sözləri dəstəklədi 13:45 Əhaliyə XƏBƏRDARLIQ edildi: Bu tarixlərdə diqqətli olun! 13:18 ABŞ ordusuna milyardlıq ziyan - İran AÇIQLADI 13:14 Makron: “Belə yanğınlar İkinci Dünya müharibəsindən bəri olmayıb” 12:57 Yeni həftənin ilk günü hava necə olacaq? 12:28 Все новости