Sozar Subari: "Gürcüstan və Azərbaycandan keçən tranzit dəhlizi ən qısa və əlverişli marşrutlardan biridir"

Sozar Subari: "Gürcüstan və Azərbaycandan keçən tranzit dəhlizi ən qısa və əlverişli marşrutlardan biridir"
06.04.2026 23:50

"Gələcəkdə Mərkəzi Asiya resurslarına daha geniş çıxış əldə etmək Avropa və ABŞ-nin maraqlarına uyğundur və Gürcüstan bu istiqamətdə əlverişli marşrutlardan biridir".

TodayPress TV xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin vitse-spikeri, “Xalqın Gücü” partiyasının sədri Sozar Subari mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanın sabitliyi həm Avropanın təhlükəsizliyi, həm də beynəlxalq iqtisadi layihələr üçün vacibdir.

“Geosiyasəti az-çox başa düşən hər kəs bilir ki, qlobal iqtisadi layihələr regionumuzda Gürcüstandan yan keçməklə həyata keçirilə bilməz. Buna görə də Gürcüstanda sülh təkcə bizim üçün deyil, həm də Avropa və onun təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Vitse-spiker qeyd edib ki, gələcəkdə Orta Asiya resurslarına daha geniş çıxış Avropa və ABŞ üçün strateji maraq kəsb edir və Gürcüstan bu baxımdan əlverişli marşrutlardan biridir. Onun sözlərinə görə, Cənubi Qafqaz dəhlizi Çin yüklərinin Avropaya tranziti üçün də mühüm əhəmiyyət daşıyır. Lakin aydındır ki, bu regionda Gürcüstan yeganə dəhliz ola bilməz.

Sozar Subari bildirib ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra bir çox Avropa ölkəsi Rusiya vasitəsilə yük daşımalarını davam etdirəcək və bu proses müharibə dövründə də tam dayanmayıb. Onun sözlərinə görə, yüklərin bir hissəsi Zəngəzur dəhlizi vasitəsilə də daşınacaq və belə şəraitdə Gürcüstandan keçən marşrutun mümkün qədər rəqabətqabiliyyətli və əlverişli olması vacibdir.

“Əgər daha geniş regionda sülh və iqtisadi inkişaf təmin olunarsa, hər kəs üçün kifayət qədər yük olacaq. Bu baxımdan Gürcüstan və Azərbaycan arasında mövcud olan sıx münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkələrimizdən keçən tranzit dəhlizi digər marşrutlarla müqayisədə ən qısa və ən əlverişli alternativlərdən biridir”, – deyə o əlavə edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Все новости