Seçki nəticələri bitməmiş, Paşinyan təcili Azərbaycana müraciət etdi

Seçki nəticələri bitməmiş, Paşinyan təcili Azərbaycana müraciət etdi
08.06.2026 09:11

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi partiyasının seçkilərdə qələbəsindən sonra Azərbaycan və Türkiyəyə münasibətlə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.

O bildirib ki, Ermənistan hakimiyyətinin mövqeyi dəyişməz olaraq qalır və ölkə sülhə, regional rifaha və əməkdaşlığa sadiqdir. Paşinyan bu yanaşmanın həm Azərbaycanda, həm də Türkiyədə müsbət qarşılanacağına ümid etdiyini qeyd edib.

Baş nazir Ermənistan-Azərbaycan münasibətlərində əsas vəzifənin sülh prosesinin institusionallaşdırılması olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər artıq sülh sazişinin mətni üzrə razılığa gəliblər və növbəti mərhələ sənədin imzalanması olmalıdır.

Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunaraq sərhədlərin açılmasının və diplomatik əlaqələrin qurulmasının vacibliyini bildirib. O, həmçinin Axalkalaki–Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarını müsbət qiymətləndirib.

Ermənistan rəsmisi çıxışında Ermənistan hökumətinin irəli sürdüyü Sülhün Kəsişməsi təşəbbüsünə də diqqət çəkib. O bildirib ki, layihənin həyata keçirilməsi Cənubi Qafqazın nəqliyyat və iqtisadi xəritəsini dəyişdirə, regionu mühüm logistika mərkəzinə çevirə bilər.

Paşinyanın sözlərinə görə, regional nəqliyyat əlaqələrinin genişlənməsi və iqtisadi əməkdaşlığın inkişafı bütün ölkələr üçün yeni imkanlar yaradacaq və uzunmüddətli sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Все новости