“Şans yoxdur”: "WhatsApp" Rusiya ilə bağlı açıqlama verdi

“Şans yoxdur”: "WhatsApp" Rusiya ilə bağlı  açıqlama verdi
12.02.2026 18:15

Mesajlaşma tətbiqi "WhatsApp" Rusiyadakı istifadəçilərin xidmətə çıxışını qorumaq üçün səylərini davam etdirəcəyini bildirib. Şirkət Rusiya hakimiyyətinin bloklama qərarını “geriyə addım” adlandırıb.

TodayPress TV xəbər verir ki,"WhatsApp" bu haqda  "X" sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, bir gün əvvəl whatsapp.com və web.whatsapp.com domenləri Milli Domen Ad Sistemindən (NDNS) silinib və bu da Rusiyanın IP ünvanlarından xidmətə girişi mümkünsüz edib.

Kreml  bildirib ki, tətbiq hakimiyyət orqanları ilə dialoqa girməsə, ölkədə fəaliyyət göstərmək şansı yoxdur.

Rusiyada ekstremist təşkilat kimi tanınan və qadağan olunmuş Meta şirkətinə məxsus "WhatsApp" rusiyalı istifadəçilərin platformadan yararlana bilməsi üçün səylərini davam etdirəcəyini bəyan edib.

Bəyanatda deyilir: “İstifadəçiləri əlaqədə saxlamaq üçün əlimizdən gələni etməyə davam edirik”. Şirkət həmçinin Rusiya hakimiyyətinin "WhatsApp"ı tam bloklamağa çalışdığını vurğulayaraq bunu “geriyə addım” kimi qiymətləndirib.

Fevralın 12-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "WhatsApp" yalnız Meta şirkəti Rusiya qanunvericiliyinə əməl etməyə və hakimiyyət orqanları ilə dialoqa başlamağa razılaşarsa, ölkədə fəaliyyətini bərpa edə bilər.

“Əgər korporasiya eyni güzəştsiz mövqedə qalarsa və Rusiya qanunvericiliyinə tam riayət etmək istəmədiyini nümayiş etdirərsə, onda heç bir şans yoxdur”, – deyə Peskov əlavə edib. O, brifinqdə “Maks”ı xarici messencerlərə alternativ kimi təqdim edib.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Все новости