Rusların kölgə donanması Britaniya sahillərində ingilislərə atəş açdı - İmperiya silkələndi

Rusların kölgə donanması Britaniya sahillərində ingilislərə atəş açdı - İmperiya silkələndi
17.06.2026 13:31

İngiltərə ilə Fransa arasında yerləşən La-Manş boğazında Rusiya hərbi gəmisinin iştirak etdiyi insident baş verib.

TodayPress TV xəbər verir ki, hadisə 16 iyun 2026-cı il tarixində, yerli vaxtla saat 11:40 radələrində beynəlxalq sularda, Böyük Britaniyanın Uayt adasından təxminən 37 kilometr cənubda qeydə alınıb.

Məlumata görə, Rusiyaya məxsus “Admiral Qriqoroviç” freqatı yaxınlaşan yaxtaya qarşı xəbərdarlıq atəşi açıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qərb mənbələrinin məlumatına əsasən, freqat bölgədə Rusiyanın sanksiyalardan yayınaraq neft daşıyan “kölgə donanması”na məxsus tankerləri müşayiət etmək tapşırığını yerinə yetirirdi. Bildirilir ki, gəmi həmin tankerlərin La-Manş boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə bölgədə növbə çəkib.

Ekspertlərin fikrincə, Rusiya hərbi gəmisinin bölgədə mövcudluğu yalnız müşayiət missiyası ilə məhdudlaşmır. Hadisədən iki gün əvvəl Böyük Britaniya qüvvələrinin Rusiyaya aid sanksiyalı neft tankerini saxlaması fonunda freqatın bölgədə görünməsi Londona siyasi və hərbi mesaj kimi də qiymətləndirilir.

Məlumatlarda qeyd olunur ki, “Admiral Qriqoroviç” freqatı uzunmüddətli missiya həyata keçirir. Rusiyanın təmir və təchizat gəmisi “PM-82” tərəfindən müntəzəm olaraq yanacaq, ərzaq və digər ehtiyaclarla təmin edilən freqat limana qayıtmadan uzun müddət dənizdə fəaliyyət göstərə bilir.

Hadisə zamanı freqatın texniki nasazlıq səbəbindən hərəkətsiz qaldığı və yaxtanın təhlükəli şəkildə yaxınlaşmasının qarşısını almaq üçün xəbərdarlıq atəşi açdığı bildirilir.

Qeyd edək ki, La-Manş boğazı beynəlxalq dəniz marşrutu hesab olunur və beynəlxalq hüquqa əsasən müxtəlif ölkələrin hərbi gəmiləri bu ərazidən tranzit keçid hüququna malikdir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 Tonzillit necə inkişaf edir? Boğaz iltihabının səbəbləri və müalicə yanaşmaları 16:09 Xətaidə mağazadan 10 min manat oğurlandı 17:33 Azərbaycanın Qarabağla bağlı atdığı addım bütün imperiyanı çalxaladı 17:16 Bakının gur yerində terrorçu avtobusa bomba yerləşdirib qaçdı - 80 -lərin ən səsli-küylü cinayəti 17:15 İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur 16:57 Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi 16:46 Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər 16:39 Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 16:33 AP Gürcüstanla bağlı tənqidi hesabatı qəbul etdi 16:29 Medina "Qarabağ"ı tərk etdi - RƏSMİ 16:17 Kətan toxumu necə istifadə edilməlidir? Faydaları və mümkün yan təsirləri 16:02 İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər 16:06 Rusiya tarixində görmədiyi bombaları yeyir - Ukrayna imperiyanı necə çözdü? 16:05 Bal istehlakının üstünlükləri və ehtiyat tələb edən halları 15:57 Astma necə tanınır? Simptomlar, risklər və nəzarətdə saxlama üsulları 15:53 Səhiyyə işçiləri təltif edildi - SƏRƏNCAM 15:53 Bu məhsullar gömrük rüsumlarından azad ediləcək 15:44 "Qarabağ"ın potensial rəqibləri bəlli oldu 15:31 Все новости