Rusiyaya qarşı XX sanksiya paketi bir aya qəbul edilə bilər

Rusiyaya qarşı XX sanksiya paketi bir aya qəbul edilə bilər
30.01.2026 03:51

Avropa İttifaqı (Aİ) fevralın 24-nə - Rusiyanın Ukraynaya qarşı tam miqyaslı hərbi müdaxiləsinin dördüncü ildönümünə qədər Rusiyaya qarşı XX sanksiya paketini razılaşdırmağı və təsdiqləməyi hədəfləyir.

TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proses hələ tamamlanmayıb, çünki bir çox təkliflər nəzərdən keçirilir, o cümlədən dəniz xidmətlərinə və lüks əşyaların ixracına qadağa və Rusiya gübrələrinin idxalına məhdudiyyətlər.

"Biz bunu fevralın 24-nə qədər tamamlamağa çalışırıq. Qeyd edilənlərdən əlavə, enerji sahəsində məhdudiyyətlərin tətbiqi üzrə təkliflər də var, bütün bunlar masa üzərindədir. Hələlik razılığa gəldiyimizi deyə bilmərəm, iş davam edir", - Kallas bildirib.

Ukraynanın Aİ-dən kredit vəsaitləri ilə silah alması məsələsinə toxunan Kaya Kallas qeyd edib ki, bunun üçün mərhələli üsul müəyyən edilib - silah alışı əvvəlcə Ukraynanın özündə və Avropada, daha sonra, ehtiyaclar ödənilməzsə, onların xaricində həyata keçiriləcək.

"Dünən Avropa müdafiə sənayesi nümayəndələri ilə görüşüm oldu və onlara çox aydın şəkildə bildirdim ki, əgər istehsalı artırmırsızsa və prosesləri sürətləndirmirsizsə, bu pulları itirə bilərsiniz. Ukraynanın təcili ehtiyacları birinci yerdədir".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Все новости