Rusiya Yaponiyaya orta mənzilli raketlərlə bağlı xəbərdarlıq etdi

Rusiya Yaponiyaya orta mənzilli raketlərlə bağlı xəbərdarlıq etdi
28.11.2025 10:02

"Yaponiyanın sərhəd adaları bölgəsində hücum silahı sistemləri yerləşdirməsi regional təhlükəsizlik və sabitliyi pozur, qonşu ölkələr üçün ciddi təhlükə yaradır".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.

Rusiyanın müşahidələri göstərir ki, Yaponiya Vaşinqtonun diktəsi ilə sistematik olaraq bu adaları, xüsusən də Okinavanı hərbi forposta çevirir və onu təkcə müdafiə deyil, həm də hücum imkanlarına malik silahlarla silahlandırır.

"Tokionun bu cür hərbi addımları regional təhlükəsizlik sahəsində gərginliyi daha da artırır, qonşu ölkələr üçün ciddi risklər yaradır və eyni zamanda Yaponiyanın bu sahədəki konkret planlarının həyata keçirilməsinə qəti cavab verməyə haqq qazandırır”, - deyə XİN sözçüsü vurğulayıb.

O qeyd edib ki, Yaponiyanın müvafiq adalarda ABŞ istehsalı olan orta mənzilli raketlər yerləşdirməsi qəbuledilməzdir:

"Biz Yaponiya rəhbərliyinin başladığı remilitarizasiya kursu kontekstində onun bütün bəyanatlarını və hərəkətlərini diqqətlə izləyirik. Əvvəllər biz dəfələrlə Tokionun bu cür siyasətinin ortaq regionumuzda sabitlik və təhlükəsizliyə mənfi təsirinə diqqət çəkmişik”.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 Все новости