Rusiya Ukraynaya qarşı ölümcül silah əldə etdiyini açıqladı
Rusiya qoşunlarının cəbhə xəttində, xüsusilə Zaporojye bölgəsində yeni yaradılmış "İzdeliye-98" FPV (baxış bucaqlı) dronlarından istifadə etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, dronları hazırlayan "ALPHA" Eksperimental Dizayn Bürosunun baş texniki mütəxəssisi bildirib ki, cəmi bir neçə ay əvvəl layihələndirilən yeni PUA-lardan (Pilotsuz Uçuş Aparatı) indiyədək cəbhədəki 22-ci Ayrı-ayrı Batalyona 20 ədəd təhvil verilib.
Konstruktor bürosu iddia edir ki, sınaqlar və ilkin istifadə zamanı bu dronların hədəfi vurma dəqiqliyi 90%-dən çox olub və qarşı tərəf hələlik bu aparatları ələ keçirə bilməyib.
Texniki göstəricilərinə gəlincə, "İzdeliye-98" dronunun orta mənzilli döyüşlərdə tətbiq edildiyi bildirilir. Aparat 2,5 kiloqrama qədər faydalı yük (döyüş başlığı) daşımaq və 15 kilometr məsafədəki hədəflərə zərbə endirmək imkanına malikdir.
Jalə Rövşən