Rusiya Ukraynanın strateji raket zavodunu vurdu

Rusiya Ukraynanın strateji raket zavodunu vurdu
02.07.2026 13:01

Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kiyev şəhərində “Flamingo”, FP-7 və FP-9, “Neptun-MD” raketləri üçün idarəetmə sistemləri istehsal edən “Radioniks” müəssisəsi, Ukrayna ordusunu “Lyutıy”, “Magura UA” və digər PUA-larla təmin edən “Atlon Avia” Elmi və İstehsalat Şirkəti vurulub.

Məlumatda bildirilib ki, Ukraynanın pilotlu hərbi təyyarələrin hazırlanması və istehsalı, “Lyutıy” dronlarının yığılması üçün əsas istehsal bazası olan "Antonov" Dövlət Müəssisəsinə zərbə endirilib.

Eyni zamanda kəşfiyyat və hücum dronları üçün nişangahlar, istiqamətləndirici cihazlar və komponentlər, eləcə də aviasiya, zenit sistemləri və elektron müharibə sistemləri üçün elektronikanı modernləşdirən və istehsal edən Kiyev Radio Zavodu, "Lima" radio elektron mübarizə sistemini istehsal edən “Kiyev-25” zavodu, PUA-ları, döyüş başlıqlarını və sursatları, eləcə də xaricdən idxal olunan komponentlərin saxlandığı "MLP-Çayka" Nəqliyyat və Logistika Mərkəzi də hədəflər arasında olub.

Həmçinin, Kiyev qarnizonuna və döyüş zonasına dizel yanacağı tədarük edən “Kiyev-3” yanacaq və sürtkü yağları anbarı, hərbi obyektləri dəstəkləyən qaz paylayıcı stansiya vurulub.

Rusiya qüvvələri Kiyev, Dnepropetrovsk, Poltava, Çerkasi və Çerniqov vilayətlərindəki hərbi aerodrom infrastrukturuna da zərbələr endirib.

Qeyd olunub ki, bu, Kiyev, Xarkov və Dnepropetrovskdakı müəssisələrə, hərbi aerodromlara hücum edildiyi 15 iyundan bəri Ukraynaya qarşı ilk kütləvi zərbədir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июля 2026
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü 16:15 "Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzatdı 16:09 Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu 15:32 NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir 15:30 Türkiyədə güclü zəlzələ oldu 15:26 Baş beyin şişi: Əlamətlər hansılardır və müalicə şansları nə qədərdir? 15:14 SOCAR hansı ölkələrdə nə qədər qazanır? 15:09 İran Hörmüzdən keçən tankerlərə xəbərdarlıq etdi 15:05 Красочная жизнь спортивных журналистов: работа 7 дней в неделю, 24 часа в сутки... 14:52 "Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı 14:36 Фотография с Эрдоганом ставит крест на политической карьере женщины-главы Евросоюза 14:30 Deniz Göktaş hava limanında saxlanıldı 14:19 Alen Simonyan deputat mandatından imtina etdi 14:02 Путин ищет спасения у тюркского государства – Москва пытается найти выход 14:02 Россия взяла под прицел все ядерные объекты в Европе — Ракеты большой дальности готовы к приказу 13:58 Paşinyan: "Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik" 13:51 СЕНСАЦИЯ от Нетаньяху: Израиль может отказаться от этого 13:43 100 лет спустя азербайджанцы у власти в Ираке 13:32 Назначены дополнительные рейсы поездов по маршруту Баку – Агстафа – Баку 13:23 Rusiya Ukraynanın strateji raket zavodunu vurdu 13:11 Sabah hava necə olacaq? - PROQNOZ 12:44 Они тоже стали шехидами – Азербайджанской полиции 108 лет 12:43 Azərbaycanda büdcə niyə hələ də neftdən asılı qalıb? 12:33 Внимание! Вы останетесь без воды 12:29 Bağçalara uşaqların elektron qəbulu başlanılır 12:25 Все новости