Rusiya aprelin 1-dən etibarən benzin ixracını qadağan edəcək
Rusiyadan benzin ixracı aprel ayından etibarən dayandırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib.
Məlumata görə, Baş nazirin müavini Aleksandr Novak Energetika Nazirliyinə 2026-cı il aprelin 1-dən benzin ixracını qadağan edən qərar layihəsi hazırlamağı tapşırıb. Hökumət bunu daxili neft məhsulları bazarındakı vəziyyətlə bağlı məsləhətləşmələrdən sonra açıqlayıb.
Tədbir qiymətləri sabitləşdirmək və daxili bazara yanacaq tədarükünə üstünlük vermək məqsədi daşıyır.
Hökumət həmçinin qeyd edib ki, Rusiya Prezidentinin qoyduğu vəzifəyə - daxili yanacaq qiymətlərinin proqnozlaşdırılan səviyyədən yuxarı qalxmasının qarşısını almağa - xüsusi diqqət yetirilir.