Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar

Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar
30.06.2026 21:50

Ukrayna Ali Radasına ölkədə satılan malların etiketlərində və xidmət sahələrində məlumatların tərcüməsi zamanı rus dilindən istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentinin rəsmi saytında yer alıb.

Mövcud qanunvericiliyə əsasən, istehsalçı və satıcılar məlumatları dövlət dilində təqdim etməlidirlər. Lakin bu məlumatın istənilən digər dildə tərcümə edilməsinə icazə verilir. Yeni qanun layihəsinin müəllifləri isə rus dilinin icazə verilən dillər siyahısından çıxarılmasını təklif edirlər.

Deputatlar hesab edirlər ki, mallar və xidmətlər haqqında məlumatlar ictimai informasiya məkanının tərkib hissəsidir və burada rus dilindən istifadə edilməsi “Rusiyanın rəmzi varlığını” qoruyub saxlayır. Bu səbəbdən sənəddə məlumatların tərcüməsi üçün yeganə istisnanın məhz rus dilinə tətbiq olunması tələb edilir.

Xatırladaq ki, iyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini qorunmalı olan dillər siyahısından çıxaran qanunu imzalayıb. Bununla belə, bütün qanunlardan üstün hüquqi qüvvəyə malik olan Ukrayna Konstitusiyası rus dilinin və digər milli azlıqların dillərinin istifadəsini və müdafiəsini təmin edir.

Qeyd edək ki, rus dilinin Ukraynadakı statusu Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların əsas mövzularından biri olaraq qalır. Zelenski bu tələbləri “ultimatum” adlandıraraq rus dilinin dövlət dili kimi tanınmasından imtina edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июля 2026
Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu 00:06 SON DƏQİQƏ: Pakistan və Əfqanıstan döyüşlər başladı - VİDEO 00:51 ABŞ ilə razılaşmadan sonra İran nefti bahalaşdı 00:38 Bir dövr başa çatdı: Finlandiya stasionar telefonlarla vidalaşır 22:39 Nəbih Berri: İsraillə sülh sazişinin qəbuluna imkan verməyəcəyik 23:23 UEFA “Fənərbaxça”nı cərimələdi 21:52 Venesuelada ölənlərin son sayı açıqlandı 23:16 Bu ölkələr "Hizbullah"ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq etdi 22:32 DÇ-2026: Norveç tarixində ilk dəfə 1/8-ə çıxdı 23:02 Əli Xamenei ilə vida mərasiminə son hazırlıqlar - VİDEO 22:59 Ali Məhkəmə Trampın fərmanını rədd etdi 22:36 Rusiya XİN: ABŞ-nin Ukraynadakı hərbi-bioloji fəaliyyətinə xüsusi diqqət yetirildi 22:41 İsrailin “erməni soyqırımı” qərarına Ərdoğanın mükəmməl cavabı 22:25 Moskva vilayətində raket xəbərdarlığı elan edildi 22:28 Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu 22:13 Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırdı 21:49 "Google" məhkəmədə uduzdu, media qrupları milyonlar qazandı 21:24 Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar 20:48 Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər - YENİLƏNİB 21:20 Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər... 21:15 ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 Все новости