Rubio: "İranın Hörmüz boğazına nəzarətinə imkan verilməyəcək"

Rubio: "İranın Hörmüz boğazına nəzarətinə imkan verilməyəcək"
30.03.2026 17:10

"İran Hörmüz boğazında hansısa bir sistem qurmaqla hədələyir və orada bu beynəlxalq su yolundan kimin keçə biləcəyinə qərar verəcəklər. Biz buna icazə verməyəcəyik".

TodayPress TV  xəbər verir ki,  bunu  ABŞ dövlət katibi Marko Rubio "ABC" kanalına müsahibəsində deyib. 

O, neft daşımalarının əhəmiyyətli bir hissəsini bu marşrutdan istifadə edən ölkələrin, ilk növbədə, İranın təhdidlərindən narahat olmalı olduğunu vurğulayıb.

"Prezidentin bir neçə variantı var. Hərbi Nazirlik bu və yarana biləcək digər gözlənilməz halları həll etmək üçün prezidentə variantlar hazırlayır", – deyə ABŞ dövlət katibi əlavə edib.

Qeyd edək ki, dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri Fars körfəzini Oman dənizi ilə birləşdirən Hörmüz boğazından keçir. Martın əvvəlində İran, ABŞ-İsrail əməliyyatına cavab olaraq, İnqilab Keşikçilərinin kanalın nəzarətini ələ keçirdiyini və ABŞ və ya İsraillə əlaqəli hər hansı bir tankerə hücum etməklə hədələdiyini açıqlayıb. Daha sonra  isə İran parlamenti, ticarət gəmilərinin Hörmüz boğazından keçməsi üçün rüsum ödəməsini tələb edən yeni qanunun hazırlandığını elan edib.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Все новости