Qırğızıstanda bəndin uçdu - 950 nəfər təxliyə edildi

Qırğızıstanda bəndin uçdu -  950 nəfər təxliyə edildi
28.06.2025 04:21 Dünya

Qırğızıstanın Çuy vilayətinin İssık-Ata rayonunda dağ gölünün bəndinin uçması səbəbindən 950 nəfər təxliyə edilib.

TodayPress TV "Kabar" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Çuy ​​vilayətinin İssık-Ata rayonunda yüksək dağlıq "Takır-Tor" gölündə suyun həcmi təqribən 450-500 min kubmetrə çatıb. Nəticədə bənd uçaraq daşqınlara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Çuy vilayəti üzrə İdarəsinin əməliyyat qrupu İssık-Ata rayonunun Evakuasiya Komissiyası ilə birlikdə 950 nəfəri təxliyə edib", - nazirlik bildirib.

Bəndin dağılması həmin rayonda iki kənd arasında körpünün dağıdılmasına səbəb olub, burada yolun bir hissəsi ilə hərəkət kəsilib. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün onların yaxın rayonlarının mütəxəssisləri cəlb olunub. Vəziyyət fövqəladə hallar naziri Boobek Ajikeyevin nəzarəti altındadır.

Təxliyə edilənlər iki qonşu kəndə aparılaraq məktəblərə, məscidlərə, mədəniyyət evlərinə və internat məktəbinə yerləşdirilib.

XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Bütün Xəbərlər