Qazaxıstan altı peyk istehsal etdiyini açıqladı

Qazaxıstan altı peyk istehsal etdiyini açıqladı
10.04.2026 03:35

“Qazaxıstan altı peykin istehsalını həyata keçirir ki, bura ixrac müqavilələri üzrə tədarüklər də daxildir”. 

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin Aerokosmik Komitəsinin sədri Baubek Oralmaqambetov məlumat verib.  

O, həmçinin kosmik fəaliyyəti BMT çərçivəsindəki razılaşmalara riayət etməklə yürütməyə çağırıb. 

"Biz bu günə qədər telekommunikasiya peyklərini, Yerin məsafədən zondu edilməsi peyklərini özündə birləşdirən baza kosmik infrastrukturunu formalaşdırmışıq və paralel olaraq milli istehsal bazasını inkişaf etdiririk. Hazırda ixrac müqavilələri də daxil olmaqla, təxminən altı peykimiz istehsal mərhələsindədir", - deyə o, Rusiya Kosmik Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib. 

Oralmaqambetov əlavə edib ki, Astana kosmik məkanın gələcəyini qarşıdurmada deyil, səylərin birləşdirilməsində görür. Onun sözlərinə görə, belə bir yanaşmanın təməli beynəlxalq normalar və razılaşmalar, hər şeydən əvvəl BMT-nin prinsipləri və qüvvədə olan kosmik konvensiyalar olmalıdır. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Все новости