Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ
Avqustun 12-si gün ərzində ikinci NATO kəşfiyyat təyyarəsi Qara dənizin akvatoriyası üzərində müşahidə edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a Avropa İttifaqının hava hərəkətinin idarə edilməsi xidmətlərindəki mənbə məlumat verib.
"Hazırda Qara dənizin neytral suları üzərində Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W Rivet Joint" radioelektron kəşfiyyat təyyarəsi uçur", - deyə agentliyin həmsöhbəti bildirib.
O, izah edib ki, günün birinci yarısında akvatoriya üzərində uçuş həyata keçirən NATO-nun kəşfiyyat və hədəf təyinetmə təyyarəsi "Bombardier Challenger 650 Artemis II"dən fərqli olaraq, Britaniya təyyarəsi akvatoriyanın cənub hissəsi üzərində deyil, mərkəzi üzərində hərəkət edir.
Bununla yanaşı, qərbdən şərqə və əks istiqamətdə hərəkət edən təyyarə sahilyanı ölkələrdən heç birinin hava məkanına daxil olmayıb.
Aysel Mətləb