Polşa: Enerji obyektlərinə kiberhücumlara Rusiya kəşfiyyatı cavabdehdir

Polşa: Enerji obyektlərinə kiberhücumlara Rusiya kəşfiyyatı cavabdehdir
31.01.2026 16:15

Ötən ayın sonlarında Polşada baş verən genişmiqyaslı kiberhücumlara görə Rusiya kəşfiyyat agentliyi məsuliyyət daşıyır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi Polşa rəsmilərinə istinadən məlumat yayıb.

Hücumlar 30 bərpa olunan enerji obyektini, bir istehsal şirkətini və təxminən 500 min istehlakçını istiliklə təmin edən istilik elektrik stansiyasını hədəf alıb.

Polşa nazirinin sözlərinə görə, son illərin ən ciddi insidenti hesab olunan bu hadisə ilə bağlı Polşa Kompüter Fövqəladə Hallarına Cavab Qrupunun (CERT) hesabatında “Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FSB) bağlı hakerlər qrupu”ndan bəhs olunur.

Hesabatda hücumların “dağıdıcı xarakter” daşıdığı və məqsədli törədilən yanğınlarla müqayisə edildiyi qeyd olunur. Bildirilir ki, hadisələr Yeni il ərəfəsində Polşada müşahidə olunan aşağı temperatur və qar fırtınaları dövrünə təsadüf edib.

Sənədə əsasən, hücumların əsas məqsədi istilik elektrik stansiyasının cihazlarında saxlanılan məlumatları tamamilə məhv etmək olub, lakin təhlükəsizlik sistemləri buna imkan verməyib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 Все новости