Podolyak: "Rusiya Ukraynanın bərpasında iştirak etməlidir"

Podolyak: "Rusiya Ukraynanın bərpasında iştirak etməlidir"
12.12.2025 17:30

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, sülh sazişi çərçivəsində Rusiya Ukraynanın bərpasında iştirak etməli və maliyyə töhfəsi verməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Podolyak Fransanın "Le Monde" qəzetinə verdiyi müsahibədə danışıb.

O vurğulayıb ki, Rusiyanın Ukraynanın bərpasına maliyyə baxımından cəlb olunması müharibənin dayandırılmasının məcburi elementidir. Podolyakın sözlərinə görə, əks halda gələcəkdə müharibənin yenidən başlanmasının qarşısını ala biləcək çəkindirici mexanizm mövcud olmayacaq.

Müsahibə zamanı Podolyak Ukraynanın Donbas ərazisində bufer zonanın yaradılmasına razı olduğunu da açıqlayıb. Onun sözlərinə görə, demilitarizasiya olunmuş zona Donbasda mövcud cəbhə xəttinin hər iki tərəfində yerləşən Ukrayna və Rusiya qoşunlarının geri çəkilməsini nəzərdə tutur.

Podolyak qeyd edib ki, strateji əhəmiyyətə malik bu region beynəlxalq qüvvələrin, o cümlədən ABŞ-nin nəzarəti altına keçə bilər.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə ABŞ arasında ölkənin bərpası ilə bağlı sazişin imzalanacağını bəyan edib.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Все новости