Paşinyan: "Qara qəpiyim də yoxdur, amma evliyəm..."

Paşinyan: "Qara qəpiyim də yoxdur, amma evliyəm..."
14.05.2026 14:22

Ermənistan Baş naziri Nikol Paşinyan Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi əmlak və gəlir bəyannaməsində özünün daşınmaz əmlakı və nəqliyyat vasitələrinin olmadığını bildirib.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, sənədə əsasən, o, İcevanda ortaq sahib olduğu bir mənzili daşınmaz əmlak kimi göstərib və digər hər hansı əmlak və ya avtomobilə sahib olmadığını qeyd edib. 

Bəyannaməyə görə, Paşinyanın son bir il ərzində əldə etdiyi gəlir əsasən əməkhaqqı, vergi geri ödənişləri, rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyasından daxilolmalar və “Zayed İnsan Qardaşlığı Mükafatı Komitəsi”ndən aldığı vəsaitdən ibarət olub. Ümumi illik gəlirin təxminən 222 milyon dram olduğu bildirilir.

Maliyyə göstəricilərinə əsasən, onun bank hesabında 4 milyon 18 min dram, 700 min dram nağd pul və 800 ABŞ dolları məbləğində vəsait olduğu qeyd edilib.

Bəyannamədə diqqət çəkən məqamlardan biri də Paşinyanın ailə vəziyyətinin “evli” kimi göstərilməsidir. Lakin onun Anna Hakobyan ilə rəsmi nikah qeydiyyatının olmadığı bildirilir. 

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Все новости