Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir

Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir
13.08.2026 16:38

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum ölkənin Aİ-yə rəsmi üzvlük müraciətindən sonra keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

O bildirib ki, referendumdan əvvəl ölkədə lazımi hazırlıq işləri aparılmalıdır. Onun sözlərinə görə, Ermənistan gələcəkdə bu məsələ ilə bağlı xalq səsverməsi keçirəcək.

Paşinyan həmçinin ölkənin yalnız Avrasiya İqtisadi Birliyi və ya Aİ arasında seçim etməli olmadığını deyib. Baş nazir Ermənistan vətəndaşlarının üçüncü yolu da seçə biləcəyi fikrini səsləndirib.

Baş nazir əlavə edib ki, əsas məqsəd ölkə vətəndaşlarına alternativlər təqdim etmək və gələcək istiqaməti xalqın müəyyənləşdirməsinə imkan yaratmaqdır.

Məlumata görə, Moskva daha əvvəl İrəvanı 2026-cı ilin dekabrına qədər Aİ-yə qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində qalmaq məsələsi üzrə referendum keçirməyə çağırıb.

Ermənistanın KTMT-dəki vəziyyəti də diqqət mərkəzindədir. Ölkənin təşkilata üzvlük üzrə borcları səbəbindən səsvermə hüququnu itirmək riski ilə üzləşdiyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ 19:13 "Qarabağ" və "Dinamo"nun start heyətləri bəlli oldu! 19:05 ABŞ köməyi kəsdi, Avropa isə artırdı - Kiyevə milyardlarla avroluq paket 18:49 AQTA-dan bitki yağı idxalçılarına XƏBƏRDARLIQ! 18:36 Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat 18:31 Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin... 18:22 Tehran TƏKZİB ETDİ: Hörmüz boğazında nəzarət İranın əlindədir! 18:15 Lənkəranda açıq sahədə yanğın - VİDEO 18:05 Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı 18:01 Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Илон Маск представил Grok 4.6 17:14 Хуситы атаковали правительственные силы в Йемене: есть погибшие и раненые 16:52 С завтрашнего дня усиливается ветер — какие территории находятся в зоне риска? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 В Турции загорелось туристическое судно: 115 человек... 15:33 Оглашен приговор лицу, пытавшемуся убить знакомую в салоне красоты 16:10 После загадочной смерти военнослужащего в Армении должностное лицо подало в отставку 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 Все новости