Papuaşvili: “Bu qeyri-adi hadisədir, araşdırılacaq”

Papuaşvili: “Bu qeyri-adi hadisədir, araşdırılacaq”
25.07.2026 17:54

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlamasını şərh edərkən danışıb.

Şalva Papuaşvili deyib ki, enerji sisteminin ardıcıl şəkildə sıradan çıxması qeyri-adi hadisədir və baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir:

"Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Buna görə də bütün detalları dəqiqləşdirmək lazımdır. Araşdırmanın nəticəsini qabaqlamaq istəmirəm. Görək istintaq hansı nəticəyə gələcək. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxacaq. Gözləyək, araşdırma nələri ortaya qoyacaq".

Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində iyulun 24 və 25-də təkrarlanan elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi – dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin normal fəaliyyətinin pozulması və ya onlara zərər yetirilməsi maddəsi ilə istintaqa başlayıb.

Qeyd edək ki, iyulun 24 və 25-də baş verən elektrik kəsintiləri nəticəsində Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi bir neçə saat dayandırılıb. Hadisənin səbəbləri həm Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, həm də Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) tərəfindən araşdırılır.


ЛЕНТА НОВОСТЕЙ
26 июля 2026
Ağ Evin paylaşımı məşhur müğənnini qəzəbləndirdi - “Mən buna icazə verməmişəm!” 00:19 Tokayev Putinə elə hədiyyə verdi ki… 00:13 Paytaxtda zəncirvari QƏZA - FOTO 00:52 Ukraynada müsəlmanların azlığı onu belə sevindirdi - Qalmaqallı çıxış 00:39 Gürcüstan “qapıları açıq saxlayır” – Ukraynalılar üçün vacib qərar verildi 00:08 SON DƏQİQƏ: Ben-Qvirin evinin yaxınlığına dron düşdü 23:48 İrandan Ukraynaya sərt xəbərdarlıq - “Cavabımız gecikməyəcək” 23:29 Sumqayıtda faciə - 25 yaşlı gəncin dənizdə cansız bədəni tapıldı 23:07 Göygöldə festivalda xəsarət alanların SON VƏZİYYƏTİ 22:48 Ağdamda minalanmış ərazidə YANĞIN - FHN hərəkətə keçdi 22:23 Məşhur çatdırılma şirkətinin anbarı zərbə aldı - VİDEO 22:19 Putinin şərti açıqlandı - Ukrayna müharibəsi bir gündə bitə bilər 22:02 İranla müharibə bitir? - Tramp təcili əmr verdi 21:39 Səudiyyəyə “raket yağışı” - Husilər önəmli neft obyektlərini vurdular 21:23 Krım qaranlığa qərq oldu - Fövqəladə vəziyyət elan edildi 21:00 Üç ölkə Türkiyəyə qarşı birləşir - “Axilles Qalxanı” 20:41 ABŞ ilk dəfə bu yola “əl atdı” - Yeni marşrut tapdı 20:20 Milli Yaylaq Festivalında dəhşətli anlar – Səhnə insanların üzərinə uçdu - FOTO 19:54 Ukraynanın gəmiləri vuruldu - Rusiyadan ağır zərbə 19:46 Şəxsi mübahisə faciəyə çevrildi - Şübhəli saxlanıldı 19:34 Ukraynada gözlənilən sərgi baş tutmayacaq - SƏBƏB 19:17 “Avropa yanır”: 200 mindən çox insan təxliyə olundu 19:03 Daha bir ölkədə uşaqlar üçün “komendant saatı” olacaq 18:44 Paşinyan və Makron arasında TƏCİLİ ZƏNG - Azərbaycan məsələsi də müzakirə olundu 18:27 “Azərbaycan-Ermənistan məsələsi aydın idi, bəs bu?” - Tokayev Rusiya-Ukrayna müharibəsindən danışdı 18:09 Все новости