Oman sahillərində tanker ATƏŞƏ TUTULDU

Oman sahillərində tanker ATƏŞƏ TUTULDU
26.05.2026 19:46

Böyük Britaniya Krallıq Donanmasının (HDQ) Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində tankerin atəşə tutulduğunu və yanacağın bir hissəsinin dənizə axdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata görə, insident Maskat şəhərindən 60 dəniz mili (təxminən 111 kilometr) şərqdə qeydə alınıb. Tankerin kapitanı gəminin sol bortunun arxa hissəsində, su xəttinə yaxın ərazidə xarici partlayış baş verdiyini bildirib.

UKMTO qeyd edib ki, ekipaj və gəmi təhlükəsiz vəziyyətdədir. Bununla belə, kapitanın sözlərinə görə, bunker yanacağının bir hissəsi dənizə sızıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Britaniya Hərbi Dəniz Qüvvələri bölgədən keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyəti UKMTO-ya bildirməyi tövsiyə edib.

Qurumun daha əvvəl yaydığı statistikaya əsasən, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Все новости