Netanyahu: “Gənclər hədəfdədir”
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İsrail arasında uzunmüddətli münasibətlərdən danışarkən sosial şəbəkələrdə aparılan dezinformasiya kampaniyalarından narahatlığını ifadə edib.
TodayPress TV xəbər verir ki, Netanyahunun sözlərinə görə, bəzi ölkələr bot şəbəkələrindən istifadə edərək ABŞ və İsrail əleyhinə dezinformasiya yayırlar. O bildirib ki, bu kampaniyalar əsasən gəncləri, xüsusilə də gənc amerikalıları hədəf alır və onların ictimai rəyə təsir göstərməsi narahatlıq doğurur.
Baş nazir qeyd edib ki, demokratik dövlətlər bu cür “bot müharibəsinə” eyni üsullarla cavab verə bilmirlər, çünki onlar müəyyən hüquqi və etik məsuliyyət daşıyırlar.
Netanyahu əlavə edib ki, müəyyən sosial şəbəkələrin geniş yayılması ilə ABŞ-də vətənpərvərlik hissinin və İsrailə dəstəyin azalması arasında əlaqə müşahidə olunduğunu düşünür.
Kübra Musayeva