Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narişkin Ermənistan rəhbərliyinin yalnız Qərbin yardım və dəstəyinə güvənməsinin yanlış addım olacağını bildirib.
TodayPress TV xəbər verir ki, Narişkinin sözlərinə görə, belə siyasət Ermənistan daxilində vəziyyətin mürəkkəbləşməsinə, əlavə maneələrin yaranmasına və ölkənin iqtisadi inkişafının çətinləşməsinə səbəb ola bilər.
“Əgər Ermənistan rəhbərliyi yalnız Qərbin hər hansı yardımına və dəstəyinə istiqamətlənərsə, əlbəttə ki, səhvə yol verəcək. Bu halda ölkə daxilində vəziyyət mürəkkəbləşəcək, iqtisadi inkişaf sahəsində əlavə maneələr və çətinliklər yaranacaq”, – deyə Narişkin bildirib.
SVR rəhbəri əlavə edib ki, Ermənistan rəhbərliyinin daha rasional qərarlar qəbul edəcəyinə ümid edir.