Moskva və Pekin Arktikada əməkdaşlığı gücləndirəcək

Moskva və Pekin Arktikada əməkdaşlığı gücləndirəcək
04.11.2025 11:06

Rusiya və Çin Arktika məsələlərində əməkdaşlığı dərinləşdirmək və regionda sülhün, sabitliyin qorunmasına töhfə vermək barədə razılığa gəliblər. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat iki ölkənin hökumət başçılarının otuzuncu müntəzəm görüşünün yekununa dair birgə kommünikedə yer alıb.

Sənəddə bildirilib ki, tərəflər Arktika üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Bu, Rusiya-Çin Hökumətlərarası Komissiyası çərçivəsində Şimal Dəniz Yoluna dair Altkomissiyada qarşılıqlı fəaliyyətin gücləndirilməsini, yüksək enliklərdə gəmiçiliyin təhlükəsizliyinin artırılmasını, qütb gəmiləri və texnologiyalarının yaradılmasını, kadr hazırlığını, eləcə də Şimal Dəniz Yolunun yükdaşıma həcminin artırılmasını və onun beynəlxalq dəniz marşrutları ilə rəqabət qabiliyyətinin möhkəmləndirilməsini nəzərdə tutur.

Bundan əlavə, Rusiya və Çin Arktikanın davamlı inkişafını təşviq etməyi, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında bu sahədə konstruktiv əməkdaşlığı beynəlxalq platformalarda, o cümlədən Arktika Şurası çərçivəsində davam etdirməyi planlaşdırır.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Все новости