Məktəbli "Roblox" da planlaşdırdığı cinayəti həyata keçirdi: Anasını öldürdü

Məktəbli "Roblox" da planlaşdırdığı cinayəti həyata keçirdi: Anasını öldürdü
26.11.2025 19:30

Sankt-Peterburqda 13 yaşlı məktəbli anasını qətlə yetirib və hadisəni Roblox oyununda əvvəlcədən ssenariləşdirdiyi müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.

Araşdırma göstərib ki, qız saatlarla Roblox oynayıb və oyunla bağlı videolar paylaşıb. Onun videolarından birində avatarının yanmış mənzildə musiqi altında rəqs etdiyi görülür — qız sonradan anasını öldürdükdən sonra mənzili yandırıb.

Hadisə noyabrın 26-da Kovalevskaya küçəsindəki mənzildə baş verib. Hüquq-mühafizə orqanları mənzildə boğaz nahiyəsindən bıçaqlanmış qadın meyitini və qismən yanmış evi aşkarlayıb.

Məktəbli əvvəlcə polisə yalan ifadə verərək bildirib ki, guya naməlum bir kişi mənzilə daxil olub anasına hücum edib və sonra evi yandırıb. Lakin dindirmə zamanı qız cinayəti özü törətdiyini etiraf edib. İlkin versiyaya görə, hadisənin səbəbi ananın həddindən artıq nəzarətçi davranışı ola bilər.

Qeyd edək ki, daha əvvəl Rusiyada Roblox oyununu pedofillərin aktiv istifadə etdiyi iddiasına görə qadağan etmək təklifi də gündəmə gəlmişdi.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Все новости