Livan BMT-yə İranla bağlı şikayət göndərdi

Livan BMT-yə İranla bağlı şikayət göndərdi
13.05.2026 22:10

Livanın Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına İranla bağlı şikayət göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə MTV telekanalına Livanın BMT-dəki daimi nümayəndəsi Əhməd Ərəfa məlumat verib.

İran Livanın daxili işlərinə müdaxilədə, eləcə də bu ölkəni İsraillə münaqişəyə cəlb etməkdə ittiham olunur.

O bildirib ki, şikayətdə İranın bir sıra qurumları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanunsuz hərəkətlər etməkdə və Livan hökumətinin qərarlarına açıq-aşkar itaətsizlik göstərməkdə ittiham olunur.

"Livanda minlərlə insan həlak olub və yaralanıb, bir milyondan çox vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb. Misli görünməmiş maddi itkilər dəyib, İsrail isə Livan ərazisinin bir hissəsini ələ keçirərək orada təhlükəsizlik zonaları yaradıb", - deyə diplomat vurğulayıb.

O xatırladıb ki, hərbi eskalasiya İranın nəzarətində olan "Hizbullah" hərəkatının döyüşçülərinin martın 2-də İsrailin şimal bölgələrini atəşə tutmasından sonra başlayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Все новости