Kiyevdə idarəçilik böhranı dərinləşir: Zelenski ordu komandanını vəzifəsindən kənarlaşdırmağı düşünür?

Kiyevdə idarəçilik böhranı dərinləşir: Zelenski ordu komandanını vəzifəsindən kənarlaşdırmağı düşünür?
18.07.2026 15:50

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən kənarlaşdırmağı nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenski prezidentliyi dövründə ən böyük hərbi idarəçilik böhranından çıxmağa çalışır və “qəssab” kimi tanınan Sırskini vəzifədən uzaqlaşdırmaq barədə fikirləşir.

Zelenskinin administrasiyasından olan vəzifəli mənbənin sözlərinə görə, Ukrayna lideri bu həftəsonu cəbhədəki vəziyyəti müzakirə etmək və orduya rəhbərlik etməyə uyğun namizədlər barədə təklifləri dinləmək üçün iclas keçirəcək.

Mənbə bildirib ki, Zelenski cəbhədə güclü müdafiə xəttinin qorunacağı və səlahiyyətlərin yeni komandana problemsiz şəkildə ötürüləcəyi təqdirdə, Sırskini postundan kənarlaşdırmaq fikrinə açıqdır. Lakin hələlik bununla bağlı yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Mixail Fedorovun vəzifədən uzaqlaşdırılması paytaxt Kiyevdə etiraz aksiyasına və orduda ilk istefalara səbəb olub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 июля 2026
İran üç ölkəni vurdu: Küveyt Təhlükəsizlik Akademiyası da hədəfə alındı - VİDEO 18:29 İran ABŞ ilə razılaşmanı dayandırdı - RƏSMİ 18:23 İranın zərbələrindən sonra Küveyt hava limanında izdiham yarandı - VİDEO 18:11 Konqoda Ebola virusundan ölənlərin sayı kəskin artdı 17:46 İranda daha bir şəxs bu səbəbə görə edam edildi 17:45 “Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşdi 17:23 ABŞ zərbələrindən sonra İranın itkiləri açıqlandı 17:06 Gəncədə çaya yıxılan kişi xilas edildi 16:51 İran ABŞ-la öhdəliklərinin icrasını dayandırdı 16:42 Rusiya Zaporojyedə sərnişin qatarına zərbə endirdi 16:29 İran ABŞ bazasını vurdu: qırıcılar məhv edildi - VİDEO 16:05 Kiyevdə idarəçilik böhranı dərinləşir: Zelenski ordu komandanını vəzifəsindən kənarlaşdırmağı düşünür? 15:52 TodayPress TV-nin əməkdaşının da yer aldığı komanda FIBONACCI intellektual yarışında I yeri qazandı - FOTOLAR 15:37 Sığınacaqda yaşayan kimsəsiz uşaqların kimsəsi olun, Şamaxıya səfərlərinə səbəb olun 15:30 DÇ-2026: Üçüncü yerin sahibi bu gecə müəyyənləşəcək 15:28 Nyu-York birjasında təbii qazın qiyməti artdı 15:12 Yüksəkçinli rəsmilər xəstəxanaya yerləşdirildi: Aralarında Baş nazirin müavini də var - FOTO 14:59 Küveytdə elektrik stansiyası yanır - VİDEO 14:49 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı 14:35 "Milan" Qabriel Jezusu transfer etmək istəyir 14:21 Milyonluq mənimsəmə edən sabiq rəis barədə qərar verildi 13:59 Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ 13:49 Müctəba Xamenei bu tarixə qədər ictimaiyyət qarşısına çıxmayacaq 13:33 Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir: 100-dən artıq şübhəli saxlanıldı 12:57 Türkiyə S-400-ləri BƏƏ-yə satıb? – Akar 13:02 Все новости