Kiyev Aİ-yə üzv olmaq üçün istiqamətdə hərəkətə keçir - SİYAHI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü istiqamətində qarşıdakı dövr üçün üç əsas prioritet müəyyənləşdirildiyini açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, Ukraynanın Aİ-yə üzvlük danışıqları çərçivəsində bu il iki klaster açılıb və daha dörd klasterin açılması üçün hazırlıq görülür.
Onun sözlərinə görə, birinci prioritet Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüyünə nail olmaqdır. Kiyev bu prosesi yalnız siyasi və iqtisadi deyil, həm də təhlükəsizlik məsələsi kimi qiymətləndirir.
İkinci prioritet Ukraynanın Aİ ilə sektorlar üzrə inteqrasiyasını genişləndirməkdir. Zelenski qeyd edib ki, Ukrayna Avropanın mövcud proseslərinin ayrılmaz hissəsi kimi qəbul edilməlidir.
Üçüncü istiqamət isə qarşıdakı qış dövründə ölkənin dayanıqlılığını təmin etmək üçün Avropadan lazımi yardım paketlərinin və qərarların əldə olunmasıdır.
Ukrayna Prezidenti bildirib ki, Brüssel, Avropa institutları, Avropa ölkələrinin paytaxtları və yerli icmalarla münasibətlər konkret nəticələrə və Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə yönəldilməlidir.
Kübra Musayeva