KİV: Almaniya ABŞ-yə qarşı iqtisadi müharibəyə hazırlaşır

KİV: Almaniya ABŞ-yə qarşı iqtisadi müharibəyə hazırlaşır
26.03.2026 13:42

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Berlin hökuməti transatlantik münasibətlərdə yeni mərhələyə hazırlaşır.

TodayPress TV  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentliyin məlumatına görə, alman rəsmiləri ABŞ-nin bir çox kritik sahədə Avropadan asılı olduğunu bəyan ediblər. Hazırda hökumət bu vəziyyəti diplomatik və iqtisadi rıçaq kimi dəyərləndirməyin yollarını araşdırır.

Rəsmilər tərəfindən hazırlanan təhlildə ABŞ iqtisadiyyatının Avropadan asılılığı dörd əsas sahə üzrə qruplaşdırılıb: rəqəmsal bazar və texnologiya nəhəngləri, süni intellekt və məlumat mərkəzləri, çip və litoqrafiya istehsalı, həmçinin əczaçılıq və səhiyyə sektoru.

Sənədə əsasən, 450 milyonluq Avropa İttifaqı bazarı ABŞ-nin texnologiya şirkətləri üçün mühüm əhəmiyyət daşıyır. “Google”, “Amazon” və “Meta” kimi şirkətlərə qarşı vergi və məhdudiyyətləri məsələsi gündəmdə saxlanılır. Eyni zamanda ABŞ-nin süni intellekt sahəsindəki inkişafının Avropada istehsal olunan sənaye komponentlərindən asılı olduğu, çip istehsalında isə Hollandiya və Almaniya şirkətlərinin kritik rol oynadığı vurğulanır.

Bundan əlavə, ABŞ-də istifadə olunan dərmanların və insulinin böyük hissəsinin Avropadan tədarük edildiyi qeyd olunur ki, bu da Vaşinqtona qarşı potensial iqtisadi təzyiq aləti kimi qiymətləndirilir.

Jalə Rövşən 

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Все новости