Kilsədən 800 illik kəllə sümüyü oğurlandı

Kilsədən 800 illik kəllə sümüyü oğurlandı
15.05.2026 05:00

Çexiyada kimliyi məlum olmayan şəxs Müqəddəs Lavrenti və Müqəddəs Zdislava bazilikasına daxil olaraq, müqəddəsə aid təxminən 800 illik kəllə sümüyünü oğurlayıb.

TodayPress TV xəbər veriri ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Praqadan təxminən 110 kilometr şimalda yerləşən Yablonne-v-Podyeştedi şəhərində, günorta saatlarında - məbədin ziyarətçilər üçün açıq olduğu vaxt qeydə alınıb. Hüquq-mühafizə orqanlarının yaydığı təhlükəsizlik kamerası görüntülərində qara paltarlı kişinin şüşə qutudan Müqəddəs Zdislavanın kəllə sümüyünü götürərək bağrına sıxdığı və oturacaqların arası ilə qaçdığı görünür. Məlumata görə, tarixi relikviya xüsusi şüşə arxasında saxlanılırdı.

Lemberkli Müqəddəs Zdislava (1220-1252) yoxsullara etdiyi yardımlara və səxavətinə görə ehtiramla anılır. O, 1995-ci ildə Roma Papası II İohann Pavel tərəfindən rəsmən müqəddəs elan edilib. Praqa arxiyepiskopu Stanislav Pşibıl baş verənləri "dəhşətli xəbər" adlandırıb:

"Kəllə sümüyü zəvvarlar tərəfindən ziyarət edilirdi. Kiminsə günün günorta vaxtı həm tarixçilər, həm də dindarlar üçün əhəmiyyətli olan belə bir relikviyanı kilsədən oğurlaya biləcəyinə inana bilmirəm".

Hazırda Çexiya polisi cinayətkarın axtarışlarını davam etdirir.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 Все новости