İtaliya Ukrayna ilə birgə PUA istehsalına maraq göstərir

İtaliya Ukrayna ilə birgə PUA istehsalına maraq göstərir
15.04.2026 22:00

İtaliya Ukrayna ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına maraq göstərir.

TodayPress TV "AGI" agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Ukraynanın bu sahədəki təcrübəsi nəzərə alınmaqla, xüsusi diqqət birgə istehsalın, ilk növbədə pilotsuz sistemlərin inkişafına yönəldilib.

Meloni vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik səylər ümumavropa əhəmiyyəti daşıyır və İtaliya bu prosesdə fəal iştirak etmək niyyətindədir.

Baş nazir ayrıca olaraq, enerji avadanlıqlarının tədarükü və tibbi yardım da daxil olmaqla, Ukraynaya kompleks dəstəyin davam etdiriləcəyini təsdiqləyib.

Zelenski isə öz növbəsində dəstəyə görə İtaliyaya təşəkkür edib və hava hücumundan müdafiə və pilotsuz texnologiyalar sahəsində layihələr də daxil olmaqla, müdafiə əməkdaşlığının genişləndirilməsi perspektivlərini qeyd edib.

"Biz Ciorcia ilə razılaşdıq ki, komandalarımız ölkələrimiz arasında dronlarla bağlı sazişin detalları üzərində işləyəcəklər", – o deyib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 Все новости