İtaliya baş nazirinin müavini: "İtalyan uşaqları Rusiyaya qarşı döyüşməməlidir"
İtaliya Baş nazirinin müavini və Liqa partiyasının lideri Matteo Salvini Rusiya ilə münaqişəyə qarşı mövqeyini bildirib və dialoqa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Askanews" agentliyi məlumat yayıb.
Siyasətçi qeyd edib ki, İtaliya Rusiya ilə müharibə aparmır və övladlarının silahlı münaqişəyə cəlb olunmasını istəmir. O, ölkənin altı min nüvə başlığına malik olduğunu nəzərə alsaq, ən ağıllı hərəkətin danışıqlar olduğunu iddia edib.
Salvini həmçinin vurğulayıb ki, Avropa liderləri, xüsusən də Fransa və Almaniyadan olan liderlər diqqəti ölkələrinin daxili problemlərindən yayındırmaq üçün Ukraynada sülh yolu ilə nizamlanmaya mane olurlar .